"Donetskdə 600-dən çox ukraynalı əsgər öldürülüb" - Rusiya Müdafiə Nazirliyi

"Donetskdə 600-dən çox ukraynalı əsgər öldürülüb" -    Rusiya Müdafiə Nazirliyi
  24 Avqust 2022    Oxunub:1441
Donetsk istiqamətində təşkil olunan hücum zamanı 600-dən çox Ukrayna əsgəri məhv edilib. AzVision.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Bundan əlavə, Müdafiə Nazirliyi qeyd edib ki, 66-cı mexanikləşdirilmiş briqadanın 160 - a yaxın hərbi qulluqçusu növbəti döyüş əməliyyatlarında iştirakdan imtina edib.

“Ukrayna Silahlı Qüvvələrinin “Donetsk” əməliyyat-taktiki qrupunun komandanlığı bu birləşmələri mövqelərindən arxa bölgələrə döyüş qabiliyyətini itirdiyinə görə geri çəkmək qərarına gəlib”, - nazirlikdən bildirilib.

“Ümumilikdə, xüsusi hərbi əməliyyat başlayandan bu günə kimi aşağıdakılar məhv edilib: 268 təyyarə, 148 helikopter, 1803 pilotsuz uçuş aparatı, 369 zenit-raket kompleksi, 4382 tank və digər zirehli döyüş texnikası, 819 çoxsaylı döyüş maşını, 3339 səhra artilleriya silahı və minaatan, həmçinin 5034 ədəd xüsusi təyinatlı hərbi maşın”, - nazirliyin məlumatında deyilir.

Tural Tağıyev
AzVision.az



Teqlər: Rusiya   Ukrayna  



Xəbər lenti