Macarıstan ruslara viza verəcək
“Biz Rusiya vətəndaşlarına Avropa vizalarının verilməsi praktikasını sərtləşdirən təklif haqqında danışdıq. Burada biz Almaniya kanslerinin mövqeyi ilə həmrəyik və hər hansı sərtləşdirmə və ya məhdudiyyət tətbiq etməyi planlaşdırmırıq”, - diplomat vurğulayıb.
Peter Siyarto əlavə edib ki, o, estoniyalı həmkarı ilə Rusiyanın enerji sektoruna qarşı sanksiyaların tətbiqinin zəruriliyi ilə bağlı fikir ayrılığına malikdir. O vurğulayıb ki, bu cür sanksiyalar Rusiya Federasiyasından çox Avropanın özünə ziyan vurur. Nazirin sözlərinə görə, Tallin Moskvaya qarşı növbəti sanksiyalar paketinin təşəbbüskarı olacaq.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


