Bolqarıstanda qazdan istifadə etməyənlər cəzalandırıla bilər

   Bolqarıstanda qazdan istifadə etməyənlər cəzalandırıla bilər
  24 Avqust 2022    Oxunub:1143
Bolqarıstan sakinləri “Bulgargaz” şirkəti ilə uzunmüddətli razılaşmalara görə qazdan istifadə etmədikləri üçün cəzalandırıla bilərlər.
Bu barədə “Bolqar radiosu” məlumat yayıb. Bolqarıstanda qaz istehlakçıları sabit istehlak həcmləri üçün illik müqavilələr bağladıqları üçün çox çətin vəziyyətdədirlər. Bu o deməkdir ki, qazdan istifadə edilməməsinə görə sanksiyalar tətbiq oluna bilər.

Bolqarıstan Qaz Assosiasiyasının sədr müavini Kiril Temelkov qeyd edibki, ölkədə qaz çatışmazlığı yoxdur: “Bazar özünü həcmlərlə təmin etməklə öhdəsindən gələcək. Problem bu qaza görə ödəməli olduğunuz qiymətdir”.

Onun sözlərinə görə, Avropa Komissiyasının tələb etdiyi kimi, Bolqarıstanda qaz istehlakının 15% azaldılması öz-özünə baş verəcək. Yanacağın yüksək qiymətinə görə insanlar sadəcə olaraq pula qənaət edəcəklər. Eyni zamanda, yüksək qiymətlərlə bağlı vəziyyət iki ilə qədər davam edə bilər. Ancaq belə olan halda dövlət bu çətin dövrdə kompensasiya ilə bağlı köməklik göstərməlidir.

İlkin Nəcəfzadə
AzVision.az



Teqlər:



Xəbər lenti