Pulu xırdalamayan işçiyə 12 bıçaq vurdu

   Pulu xırdalamayan işçiyə    12 bıçaq vurdu
  24 Avqust 2022    Oxunub:1137
Rusiyanın Novosibirsk şəhərində təkər sexinin əməkdaşına bıçaqla hücum edən şəxs saxlanılıb.
Bu barədə “AST-54 Black” Telegram kanalı məlumat yayıb. Qeyd olunub ki, emalatxanaya gələn şəxs böyük məbləğdə əskinasın xırdalanmasını istəyib. Lakin işçi xırda pulunun olmadığını bildirib. Bir müddət sonra o, bıçaqla qayıdıb və təkər quraşdıran işçiyə 12 bıçaq zərbəsi vurub.

Yaralı işçi cinayətkarın əlindən qaçıb xəstəxanaya gedib. Hücum edən şəxs qısa müddətdə saxlanılıb.


İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:



Xəbər lenti