NATO-nun Brüsseldəki qərargahı bal istehsal edir

   NATO-nun Brüsseldəki qərargahı    bal istehsal edir
  24 Avqust 2022    Oxunub:1694
NATO-nun Brüsseldəki mənzil-qərargahında dörd arı yeşiyi qoyulub. AzVision.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Bildirilir ki, bu addım alyansın Avropanın ekoloji layihələrində iştirakının bir hissəsi sayılır. Alyansın saytında yerləşdirilən məlumatda isə qeyd olunur ki, artıq məhsul da əldə edilir

"Hər bir pətək bir mövsümdə təxminən 80-100 kiloqram bal verir ki, bunun da böyük hissəsi arıların həyatlarının davam etdirilməsinə sərf edilir. NATO arıçıları hər pətəkdən ildə təxminən 25 kiloqram bal toplayırlar. Bu günə qədər məhsulun böyük hissəsi yerli və beynəlxalq layihələri dəstəkləmək üçün xeyriyyə bazarında satılıb", - məlumatda yazılıb.

Qeyd edək ki, arı pətəklərinin yerləşdirilməsi layihəsi NATO-nun mənzil-qərargahında hələ 2020-ci ildə, ilk iki arı pətəyi peyda olanda başlayıb. Bundan sonra NATO-da bal istehsalı uğurla davam etdi və 2022-ci ilə qədər pətəklərin sayı iki dəfə artdı.

Tural Tağıyev
AzVision.az



Teqlər: NATO   Bal  



Xəbər lenti