|
| Xanumyandan vandallıq etirafı: "Kabelləri, transformatoru, qüllələri talan etdilər" |
- Akopyan Xankəndinin xəyanətkar "rəhbərliyi"nin və rus işğalçı qüvvələrinin onu azərbaycanlılara təhvil vermək cəhdlərinə baxmayaraq, evini yandırıb qaça bilib. Qarabağa keçən Akopyan son dərəcə təhlükəli şəraitdə əsir düşməkdən yayınıb və Zəngəzura gəlib.
Kəndin başçısı, silahla çəkdirdiyi foto və videoları ilə məşhurlaşan Suriya ermənisi Andranik Çavuşyan burada sona qədər qalacağını və Zabuxun saxlanması üçün mübarizə aparacağını cəsarətlə bəyan edirdi. İndi isə məlum olub ki, o və ailəsi kənddən çoxdan qaçıbmış. Kənd başçısı gedəndə heç evini də yandırmadı. Yəni düşmənə təslim oldu. Bu xain rejim getməlidir. Düşmən rus işğalçı qoşunları da getməlidir. Ermənistan azad edilməlidir, - Politoloq deyib.
Qeyd edək ki, Azərbaycan İrəvana Laçın, Zabux və Susun boşaldılması üçün avqustun sonuna kimi vaxt verib. Bəzi ermənilər evlərinə toxunmasalar da Laçında, Zabuxda meşə və otlaqları, evləri yandıran vandallar da oldu. Bundan başqa, Ermənistandan gələn siyasətçilərdən biri Zabuxda qalıb silahlı müqavimət təşkil edəcəyini bəyan etmişdi. Sonda onun da artıq qorxaraq İrəvana qaçdığı məlum olub.
Tural Tağıyev
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


