Rusiya Kiyevi vurdu

Rusiya Kiyevi vurdu
  25 Avqust 2022    Oxunub:1549
Bu gecə Rusiya Ordusu Kiyev vilayətinə raket zərbələri endirib.
AzVision.az xəbər verir ki, bu barədə Kiyev Regional Hərbi Administrasiyasının rəhbəri Aleksiy Kuleba Telegram səhifəsində məlumat yayıb.

"Gecə düşmən Vışqorodski rayonunun icmalarından birinə raket zərbəsi endirib. İki umuş qeydə alınıb. Səhər saatlarına olan məlumata görə, dinc sakinlər arasında ölən və yaralanan yoxdur. Yanğın və yaşayış binaları, infrastrukturun dağılması faktları da hələlik qeydə alınmayıb”, - Ukrayna rəsmisi yazıb.

Kuleba həmçinin vurğulayıb ki, bölgə sakinlərinin eşitdiyi digər partlayış səsləri də Ukrayna hava hücumundan müdafiə qüvvələrinin fəaliyyətiinin nəticəsidir. O, həmçinin hər kəsi ehtiyac yarandıqca sığınacaqlardan istifadə etməyə çağırıb.

Tural Tağıyev
AzVision.az



Teqlər: Raket   Kiyev  



Xəbər lenti