Nikolayev S-300-lə atəşə tutulub

Nikolayev S-300-lə atəşə tutulub
  25 Avqust 2022    Oxunub:812
Rusiya Ordusu gecə saatlarında Ukraynanın Nikolayev bölgəsinə raket zərbələri endirib. Hücum S-300 raketləri ilə təşkil olunub.
AzVision.az xəbər verir ki, bu barədə Nikolayev vilayət hərbi administrasiyasının sədri Vitali Kim Telegram səhifəsində məlumat yayıb.

"Avqustun 25-nə keçən gecə, təxminən saat 03:30 radələrində Nikolayev yenidən atəşə tutulub. İlkin məlumata görə, düşmən S-300 raketləri ilə hücuma keçib. Mülki obyektlər vurulub. Nəticədə bir ev yanıb, bir neçə evə isə ziyan dəyib”, - deyə o yazıb.

Qeyd edək ki, bu gecə Kiyev vilayətinə də raket zərbələri endirilib.

Tural Tağıyev
AzVision.az



Teqlər: Raket   Ukrayna  



Xəbər lenti