Yaponiyanın polis rəisi Abenin qətlinə görə istefa verdi

   Yaponiyanın polis rəisi Abenin qətlinə görə istefa verdi
  25 Avqust 2022    Oxunub:1199
Yaponiya Baş Polis Departamentinin rəhbəri İtaru Nakamura keçmiş baş nazir Şinzo Abenin öldürülməsinə səbəb olan çatışmazlıqlara görə məsuliyyəti öz üzərinə götürüb və buna görə vəzifəsini tərk etmək niyyətində olduğunu açıqlayıb.
Bu barədə NHK telekanalı məlumat yayıb. Mətbuat konfransı zamanı Nakamura yeni təhlükəsizlik sisteminin inkişafı üçün perspektivlərin olması üçün istefa verəcəyini açıqlayıb.

“Biz təhlükəsizliyin təmin edilməsi üsullarını əsaslı şəkildə nəzərdən keçirmək və vəziyyətin gələcəkdə təkrarlanmasının qarşısını almaq üçün yeni tədbirlər formalaşdırmaq niyyətindəyik”.
Yaponiya Nazirlər Kabinetinin avqustun 26-da Nakamuranın istefasına baxacağı gözlənilir.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:



Xəbər lenti