|
| Ölkədən çıxışı qadağan olunan Koçaryan müəmmalı şəkildə xaricə getdi |
"Ölkənin ikinci prezidentinin hansı məqsədlə və hara uçduğunu öyrənə bildik. O, tibbi müayinədən keçmək üçün Almaniyaya gedib. Məlum olduğu kimi Koçaryan son illərdə ölkədən çıxmaq imkanlarından məhrum edilib. Bununla bağlı məhkəmə qərarı da var. Amma Koçaryana ən çox Moskvaya getməyə icazə verilib ki, o da burada müəyyən iclaslarda iştirak edib", - nəşr yazıb.
Sosial şəbəkələrin erməni seqmentində isə hərbi caninin müayinə üçün məhz Almaniyanı seçməsini onun səhhətində ciddi problemlərin yaranması ilə bağlayan paylaşımlar olur. Bəzi siyasətçilər qeyd edirlər ki, adətən yüngül müayinələr üçün səhiyyə sistemi güclü olan Almaniya kimi ölkələr seçilmir. Görünür Koçaryan hansısa ağır xəstəlik tapıb.
Tural Tağıyev
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


