Laçın və Zabuxdan çıxan 20 ailə Zəngəzura köçüb

   Laçın və Zabuxdan çıxan 20 ailə Zəngəzura köçüb
  25 Avqust 2022    Oxunub:1087
Azərbaycanın iki yaşayış məntəqəsindən, Laçın və Zabuxdan 20 ailə Ermənistanın Zəngəzur bölgəsinə köçüb.
AzVision.az xəbər verir ki, bu barədə Zəngəzur qubernatorun müavini Nare Qazaryan məlumat verib.

Qazaryanın sözlərinə görə, həmin ailələrin əksəriyyəti mənzillə təmin olunub. Lakin bəziləri hələ də harada qalacaqlarına qərar verməyiblər. Onlar ya Gorus və ya Qarakilsədə qalmaq istəyirlər.

Qeyd edək ki, Azərbaycan İrəvana Laçın, Zabux və Susun boşaldılması üçün avqustun sonuna kimi vaxt verib. Bəzi ermənilər evlərinə toxunmasalar da Laçında, Zabuxda meşə və otlaqları, evləri yandıran vandallar da oldu. Bundan başqa, Ermənistandan gələn siyasətçilərdən biri Zabuxda qalıb silahlı müqavimət təşkil edəcəyini bəyan etmişdi. Sonda onun da artıq qorxaraq İrəvana qaçdığı məlum olub.

Tural Tağıyev
AzVision.az



Teqlər:



Xəbər lenti