Moldovada Avropaya inteqrasiya naminə hökumət dəyişir

Moldovada Avropaya inteqrasiya naminə hökumət dəyişir
  25 Avqust 2022    Oxunub:1278
Moldova hakimiyyəti Avrointeqrasiya gündəliyinə nail olmaq üçün dövlət orqanlarının yenidən strukturlaşdırılmasını elan edib.
Bu barədə Moldpres məlumat yayıb. Qeyd olunur ki, icra orqanları Nazirlər Kabinetinin genişləndirilməsi, dövlət siyasətinin və Avropaya inteqrasiyanın əlaqələndirilməsi bölməsinin yaradılması barədə qərar qəbul edib.

Moldovanın baş naziri Natalya Qavrilitsa bildirib ki, Avropa İttifaqına namizəd ölkə statusu onun Avropa standartlarına mümkün qədər tez uyğunlaşdırılması, yaxşı idarəetmə və ədalət islahatlarının prioritet olması üçün əhəmiyyətli institusional səylər tələb edir.


AzVision.az



Teqlər:



Xəbər lenti