Rusiya FSB-si Ermənistanda İran vətəndaşını saxladı

Rusiya FSB-si Ermənistanda İran vətəndaşını saxladı
  25 Avqust 2022    Oxunub:1626
Ermənistan Milli Təhlükəsizlik Xidməti(MTX) İran vətəndaşını saxlayıb. AzVision.az xəbər verir ki, bu barədə MTX-nin mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, o, qanunsuz olaraq İran ərazisinə keçməyə cəhd edib. Hadisə avqustun 19-da baş verib.

Məlumata görə, adı açıqlanmayan İran vətəndaşı Mehri keçid məntəqəsindən yan keçərək Rusiya Federal Təhlükəsizlik Xidmətinin(FSB) Ermənistandakı Sərhəd Mühafizə İdarəsinin mühəndis-texniki maneələrini dəf etmək istəyib.

"O, müvafiq sənədləri olmadan Ermənistanı tərk etməyə cəhd edərkən Rusiya sərhədçiləri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində saxlanılaraq Ermənistan Milli Təhlükəsizlik Xidmətinin əməkdaşlarına təhvil verilib. Faktla bağlı Milli Təhlükəsizlik Xidmətinin İstintaq İdarəsində cinayət işi açılıb, iranlı şəxs həbs edilib", - məlumatda deyilir.

Tural Tağıyev
AzVision.az



Teqlər:



Xəbər lenti