ABŞ-ın Suriyadakı hərbi bazasına hücum olub

ABŞ-ın Suriyadakı hərbi bazasına hücum olub
  25 Avqust 2022    Oxunub:1164
Suriyanın şərqindəki Deyr əz-Zor əyalətinin Koniko neft yatağı yaxınlığında yerləşən ABŞ hərbi bazası son 12 saatda ikinci dəfə atəşə tutulub. AzVision.az xəbər verir ki, bu barədə Suriyanın SANA agentliyi Deyr əz-Zordakı yerli mənbələrə istinadən məlumat yayıb.
"Ölkənin şərqində yerləşən Koniko neft yatağındakı ABŞ bazası reaktiv qumbaraatanlardan atəşə tutulub. Bundan sonra baza daxilində partlayış səsləri eşidilib. Xəsarət alanlar və itkilər barədə məlumat yoxdur", - sayt yazıb.

Mənbələrin verdiyi məlumata görə, ABŞ hərbçiləri dərhal havaya təyyarələr qaldırıblar və ərazini nəzarətə götürüblər.

Tural Tağıyev
AzVision.az



Teqlər: ABŞ  



Xəbər lenti