Bu il Litvada iflas olanların sayı iki dəfə artıb

Bu il Litvada iflas olanların sayı iki dəfə artıb
  25 Avqust 2022    Oxunub:1274
2022-ci ilin birinci yarısında Litvada iflas proseduruna başlayan müəssisələrin sayı keçən ilin eyni dövrü ilə müqayisədə 1,7 dəfə artıb.
Bu barədə “Delfi” Litvanın Statistika Departamentinin məlumatlarına istinadən xəbər verir. Bu ilin birinci rübündə 312, ikinci rübdə isə 274 müəssisə iflas proseduruna başlayıb.

Bildirilib ki, iflasların əksəriyyəti tikinti sektorunda olub, topdan və pərakəndə satış sektorunda iflasların sayı iki dəfəyə yaxın artıb, analoji vəziyyət yaşayış və ictimai iaşə xidmətlərinin göstərilməsi sahəsində də inkişaf edir.


AzVision.az



Teqlər:



Xəbər lenti