Şoyqu fransalı həmkarı ilə Zaporojye AES-i müzakirə etdi

 Şoyqu fransalı həmkarı ilə Zaporojye AES-i müzakirə etdi
  25 Avqust 2022    Oxunub:1456
Rusiyanın müdafiə naziri Sergey Şoyqu fransalı həmkarı Sebastyan Lekornu ilə telefonla Zaporojye atom elektrik stansiyasındakı (AES) vəziyyətlə bağlı danışıb.
Bu barədə Rusiya Müdafiə Nazirliyi bildirib. Bundan əlavə, Şoyqu MAQATE əməkdaşlarının Zaporojye AES-ə səfərlərinin vacibliyini qeyd edib. Rusiya hərbçilərinin təşkilatın müfəttişlərinə lazımi yardım yardım göstərməyə hazır olduğu vurğulanıb.

Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreş Atom Elektrik Stansiyasının ətrafında hərbisizləşdirilmiş zona yaradılmasını təklif edib. Eyni zamanda, Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya hesab edir ki, demilitarizasiya yalnız stansiyanı daha həssas edəcək.


AzVision.az



Teqlər:



Xəbər lenti