Böyük Britaniyanın Myanmadakı keçmiş səfiri saxlanılıb

Böyük Britaniyanın Myanmadakı keçmiş səfiri saxlanılıb
  25 Avqust 2022    Oxunub:1339
Myanma hakimiyyəti Böyük Britaniyanın bu ölkədəki keçmiş səfiri Vikki Boumanı saxlayıb. Boumanın əri Xteyn Lin də saxlanılıb.
AzVision.az xəbər verir ki, bu barədə “Reuters” öz mənbələrinə istinadən məlumat yayıb.

Agentliyin məlumatına görə, Myanmada biznesin təşviqi təşəbbüsü ilə çıxış edən Bouman və myanmarlı sənətçi, keçmiş siyasi məhbus olan əri immiqrasiya qanunlarını pozmaqda ittiham edilirlər. Xəbərdə qeyd edilir ki, keçmiş səfirin həbsi Böyük Britaniyanın Myanmanın müdafiə müəssisələrinə qarşı yeni sanksiyalar tətbiq etməsi və bu ölkənin Myanma hakimiyyətinin ittiham olunduğu Beynəlxalq Ədalət Məhkəməsindəki Qambiyanın iddiasına qoşulmasını elan etdikdən dərhal sonra baş verib. Hansı ki, iddiada 2016 və 2017-ci illərdə "Rohinca" xalqının soyqırımı öz əksini tapıb.

Tural Tağıyev
AzVision.az



Teqlər:



Xəbər lenti