1 ayda dördüncü səfər: ABŞ nümayəndə heyəti Tayvana gedir

   1 ayda dördüncü səfər:   ABŞ nümayəndə heyəti Tayvana gedir
  25 Avqust 2022    Oxunub:1723
ABŞ xüsusi nümayəndə heyəti cümə axşamı Tayvana gələcək. Bu, avqustda ABŞ-dan olan nümayəndə heyətlərinin adaya dördüncü səfəridir.
AzVision.az xəbər verir ki, bu barədə Tayvan Mərkəzi Xəbər Agentliyi məlumat yayıb.

Çin XİN: “Pelosi Əfqanıstan, İraq və Suriyaya da səfər etsin”
Qeyd olunur ki, ABŞ konqresmenlərindən ibarət nümayəndə heyəti axşam saatlarında ABŞ hərbi təyyarəsi ilə Taypeyin Sonşan hava limanında enəcək. Cümə günü səhər nümayəndə heyəti Tayvanın baş qərargah rəisi Tsai İnq-ven və digər yüksək vəzifəli şəxslərlə görüşəcək.

Nümayəndə heyətinə kimlərin daxil olacağı dəqiqləşdirilməyib.

Xatırladaq ki, ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin adaya son səfərindən sonra Tayvan ətrafında vəziyyət gərginləşib. Adanı özünün əyalətlərindən biri hesab edən Çin Vaşinqtonun bu addımla Tayvan separatizmini dəstəklədiyini bəyan edib və Pelosinin səfərini pisləyib. Bundan sonra Pekin genişmiqyaslı hərbi təlimlərə başlayıb.

Tural Tağıyev
AzVision.az



Teqlər:   ABŞ   Tayvan  



Xəbər lenti