ABŞ Suriyadan gündə 66 min barel neft çıxarır

ABŞ Suriyadan gündə 66 min barel neft çıxarır
  25 Avqust 2022    Oxunub:1142
Suriyanın Neft və Təbii Sərvətlər Nazirliyinin məlumatına görə, ABŞ-ın nəzarətində olan qurumlar Suriyadan gündəlik 66 min barel neft çıxarır.
Məlumat Rusiyanın Vaşinqtondakı səfirliyinin Telegram kanalında dərc olunub. Qeyri-qanuni ixrac olunan neftin həcminin sutkada hasil edilən karbohidrogenlərin 80%-ni təşkil etdiyi vurğulanır.

“Vaşinqtonda neft oğurluğu pik həddə çatıb. Bu səbəbdən ölkədə çətin humanitar vəziyyət davam edir, milyonlarla suriyalı enerji, qida və su qıtlığı ilə üzləşir və ilkin tələbat mallarına ehtiyac duyur” – məlumatda vurğulanıb.


AzVision.az



Teqlər:



Xəbər lenti