Ukrayna Qərbdən daha 14 milyard dollar gözləyir

   Ukrayna Qərbdən daha 14 milyard dollar gözləyir
  25 Avqust 2022    Oxunub:1140
Ukrayna 2022-ci ilin sonuna kimi daha 14 milyard dollar beynəlxalq yardım alacağını gözləyir.
Bu barədə “Reuters” ölkənin baş nazirinin birinci müavini Yuliya Sviridenkoya istinadən məlumat yayıb. Onun sözlərinə görə, baş nazirin müavini BVF ilə yeni kredit proqramının mümkünlüyü ilə bağlı danışıqların payızda başlayacağını gözləyir.

“Ukrayna 12,7 milyard dollar beynəlxalq büdcə dəstəyi alıb və ilin sonuna qədər daha 14 milyard dollar alacağını gözləyir”.

Sviridenko onu da qeyd edib ki, proqnozlara görə, 2023-cü ildə Ukraynanın ÜDM-i 2022-ci ildəki 30-35% daralmadan sonra ya azalmağa davam edəcək, ya da 15,5% artacaq.


AzVision.az



Teqlər:



Xəbər lenti