Belçika Ukrayna ordusuna 8 milyon avro yardım edəcək

Belçika Ukrayna ordusuna 8 milyon avro yardım edəcək
  25 Avqust 2022    Oxunub:1320
Belçika hökuməti Ukrayna Silahlı Qüvvələrinə (SQ) yardım alınması üçün əlavə 8 milyon avro ayırmağa qərar verib.
Bu barədə ölkənin Nazirlər Kabinetinin bəyanatında deyilir. Sənəddə deyilir: “Belçika NATO kanalları vasitəsilə Ukrayna silahlı qüvvələrinə səkkiz milyon avro məbləğində yardım göstərəcək”.

Qeyd olunur ki, Belçika Ukrayna təhlükəsizlik qüvvələrini ilkin tibbi yardım vasitələri və qış geyimləri ilə təmin etməyi planlaşdırır. Bundan əlavə, lazım gələrsə, ölkə onları gecəgörmə cihazları və dərmanlarla təmin edəcək.

Belçikanın xarici işlər naziri Aja Lyabib də qarşıdan gələn qışa qədər Ukrayna ordusunun münaqişənin nəticəsini həll edə biləcək lazımi texnikaya malik olmasının vacibliyini vurğulayıb.

AzVision.az


Teqlər:



Xəbər lenti