Məhkəmə Viktor Yanukoviçin oğlunun hesabından 8 milyon dollar götürüb

Məhkəmə Viktor Yanukoviçin oğlunun hesabından 8 milyon dollar götürüb
  25 Avqust 2022    Oxunub:970
Ukrayna məhkəməsi keçmiş prezident Viktor Yanukoviçin oğlu Aleksandrın hesabından 8 milyon dolları kəşfiyyat xidmətinin ehtiyacları üçün götürüb.
AzVision.az xəbər verir ki, bu barədə Ukraynanın Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, təkzibedilməz sübutlar əsasında Baş Prokurorluq keçmiş prezident Viktor Yanukoviçin oğlunun əmlakının məcburi müsadirəsinə qərar verib. Bu çərçivədə Ukrayna İnkişaf Bankının 304 milyon qriven (8 milyon USD) vəsaiti götürülüb.

Ukrayna kəşfiyyatının rəhbəri Kiril Budanov bildirib ki, əldə edilmiş vəsait xidmətin təchizatının yaxşılaşdırılmasına sərf ediləcək.

AzVision.az



Teqlər:



Xəbər lenti