Türkiyədə keçmiş deputat azərbaycanlı qadına hücum etdi

// Qardaşlığa yaraşmayan hadisə!..

   Türkiyədə keçmiş deputat azərbaycanlı qadına hücum etdi
  25 Avqust 2022    Oxunub:2074
Türkiyədə tanınmış azərbaycanlı iş qadını və dizayner Diana Ahadpur hücuma məruz qalıb.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə Bodrum şəhərində baş verib. Belə ki, Bodrumda istirahət edən keçmiş CHP millət vəkili Aydın Ayaydın çimərlikdə Diana Ahadpurun azyaşlı övladı üzərinə bilməyərəkdən su sıçratdığı üçün onu təhqir edib və ağlamasına səbəb olub.

Uşağa “Rədd olun məmləkətinizə!” deyən keçmiş deputat sonradan ağır ifadələr işlədib.
Diana Ahadpur Aydın Ayaydından övladının təhqir etməsinin düzgün olmadığını bildirib. Lakin keçmiş millət vəkili qarşısındakının qadın olmasına baxmayaraq onun üzərinə hücum etmək istəyib. Lakin ətrafdakılar onun qarşısını kəsiblər.

Aydın Ayaydın 2011-ci ildə Cümhuriyyət Xalq Partiyasından İstanbul millət vəkili seçilib.


AzVision.az



Teqlər:



Xəbər lenti