Yeni Zelandiyada silsilə zəlzələlər olub

Yeni Zelandiyada silsilə zəlzələlər olub
  26 Avqust 2022    Oxunub:906
Sakit okeanın cənubunda, Yeni Zelandiyanın Kermadek arxipelaqı sahillərində 4,9 bal gücündə silsilə zəlzələlər baş verib.
Bu barədə Avstraliya Dövlət Geologiya Bürosu məlumat yayıb. Yeraltı təkanların episentrinin təqribən 1,6 milyon əhaliyə malik Oklend şəhərindən 900 kilometr şimal-şərqdə, ocağının 11 kilometr dərinlikdə yerləşdiyi bildirilir.

Dağıntılar və zərərçəkənlər barədə məlumat verilmir.
Sunami xəbərdarlığı elan edilməyib.

AzVision.az


Teqlər:



Xəbər lenti