|
| İrandan nüvə sazişinə qayıdış şərti |
Nüvə sazişinin imzalanması üçün Tehran da bir məsələdə güzəştə gedib. Tehran sazişin imzalanması üçün İslam Keçikçiləri Korpusunu ABŞ-ın elan etdiyi terrorçu təşkilatlar siyahısından çıxarılmasını tələb edirdi. Vaşinqton bu tələbi yersiz sayıb. Tehran sazişin imzalanması üçün bu tələbindən imtina edib, - ekspert deyib.
Buna baxmayaraq, Vaşinqtonda Tehranın siyasəti ilə bağlı nikbinlik azdır. Təsadüfi deyil ki, İran kəşfiyyatına bağlı şəxslərin Amerikada keçmiş administrasiyanın tanınmış simalarını izləmələri barədə xəbərlər yayılıb. Politoloq deyir ki, bu xəbərlərin fonunda Cozef Baydenin Tehranla nüvə sazişi imzalaması Ağ Ev sahibinin zəifliyi kimi qiymətləndirilə bilər.
- ABŞ-ın bölgədəki əsas müttəfiqi İsrail də nüvə sazişinin əleyhinədir. İsrail hesab edir ki, İran nüvə sazişini imzalayacaq, sanksiyalardan qurtulacaq və əldə etdiyi pulları İsraili hədəf alan müxtəlif silahlı qruplara hərbi dəstək üçün istifadə edəcək.
İran prezidenti İbrahim Rəisi mühafizəkarlığı ilə tanınsa da, ölkədəki ağır iqtisadi və sosial vəziyyət onu nüvə sazişini imzalamağa həvəsləndirə bilər. Ancaq İran mühafizəkarları içərisində fərqli düşünənlər də var. Misal üçün İranın ali dini liderinin beynəlxalq məsələlər üzrə müşaviri, keçmiş xarici işlər naziri Ələ Əkbər Vilayəti nüvə sazişi olmadan da ölkəsinin keçinəcəyi qənaətindədir. Vilayəti Rusiya və Çinlə strateji əlaqələrin tərəfdarıdır. Çini İranın hətta strateji müttəfiqi adlandıran Vilayəti Tehranla Pekin arasında indikindən də sıx əlaqələrin qurulmasını istəyir. Vilayəti Çinin İrandakı səfiri Canq Xua ilə görüşdə İranın Çinin kommunikasiya layihələrində iştirakının vacib olduğunu bildirib: “İranın Rusiya və Çinlə keçirdiyi birgə hərbi təlimlər bölgənin təhlükəsizliyinə böyük töhvə verir”.
Beləliklə, Tehran Vaşinqtonla nüvə sazişini imzalamağa həvəsli görünür. Moskva və Pekin sözdə nüvə sazişinin imzalanmasını dəstəkləsələr də, əməldə Tehranın xarici və təhlükəsizlik siyasətinin dəyişməsini istəmirlər. Çünki nüvə sazişi imzalanarsa İran sanksiyalardan qurtulacaq və neft satışından milyard dollar qazanacaq, müxtəlif dövlətlərin banklarında dondurulmuş pullarını geri ala biləcək. Bu halda İranın Rusiya və Çindən asılılığı azalacaq. Moskva və Pekin isə İranın onlardan asılılığının azalmasını istəmirlər.
Tural Tağıyev
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


