Ərdoğanın dayısı oğlu: “Birliyimiz dünyaya qarşı deyil”

      Ərdoğanın dayısı oğlu:    “Birliyimiz dünyaya qarşı deyil”
  26 Avqust 2022    Oxunub:1345
Azərbaycanda və digər türk ölkələrində də belə təşkilatların yaranması zərurətə çevrilib. Türk tarixində ağsaqqal anlayışının dərin fəlsəfi-ideoloji əsasları olub.
AzVision.az xəbər verir ki, bu sözləri Türkiyə Uşaq Oyunları Federasiyasının başqanı, Türkiyənin tanınmış iş adamı, prezident Rəcəb Tayyib Ərdoğanın dayısı oğlu Mehmet Mutlu deyib.

- Gəncliyin sağlam enerjisi, ağsaqqalların müdrik məsləhətləri Türk birliyini daha da irəli aparacaq. Belə bir təşkilatların fəaliyyət göstərməsi Türk dünyasının birliyinə xidmət edir. Türk dünyasının Türk Ağsaqqalları Birliyi kimi qurumlara böyük ehtiyacı var. Bu gün Türk dünyasında sağlam şəkildə təşkilatlanmaq və onu inkişaf etdirmək mütləq zərurətə çevrilməlidir. Bizim birliyimiz dünyaya qarşı deyil. Çünki türkün fəlsəfəsi insanlığa xidmət, bəşəri dəyərlərə ideyalara söykənir. Tarix bunu sübut edib, - Mutlu deyib.

Tural Tağıyev
AzVision.az



Teqlər: Türk   Birlik  



Xəbər lenti