Haluk Bayraktar: “Nə qədər pul təklif etsələr də, Rusiyaya “Bayraktar” verilməyəcək”

      Haluk Bayraktar:    “Nə qədər pul təklif etsələr də, Rusiyaya “Bayraktar” verilməyəcək”
  26 Avqust 2022    Oxunub:1427
Türkiyənin “Baykar” müdafiə şirkəti “Bayraktar” pilotsuz uçuş aparatlarının Rusiyaya mümkün tədarükünü istisna edib.
Bunu şirkətin baş direktoru Haluk Bayraktar BBC-nin rus xidmətinə müsahibəsində deyib.
Bayraktar pul və maddi dəyərlərin şirkət üçün prioritet olmadığını vurğulayıb:

“Ukrayna ilə dostluğumuz və əməkdaşlığımız uzun illərdir ki, davam edir. Ona görə də bizə nə qədər pul təklif etsələr də, düzünü desəm, bu vəziyyətdə onu onlara verməkdən söhbət gedə bilməz”. Bayraktar əlavə edib ki, onun şirkəti Ukraynanı tam dəstəkləyir və nə qədər məbləğ təklif olunsa da, heç bir şey bu ölkə ilə əməkdaşlığa kölgə salmayacaq.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:



Xəbər lenti