Türkiyə XİN-dən Laçın şəhəri, Zabux və Sus kəndlərilə bağlı açıqlama
Diqqətə çatdırılıb ki, Cənubi Qafqazda sülh və sabitliyin bərqərar edilməsi istiqamətində mühüm addım olan bu hadisənin Azərbaycan-Ermənistan münasibətlərinə olduğu kimi, regional normallaşmaya da töhfə verəcəyinə ümid edirik. Türkiyə bu günə qədər olduğu kimi, bundan sonra da qardaş Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyəcək.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən Laçın şəhəri, eləcə də Zabux və Sus yaşayış məntəqələri Azərbaycan Ordusunun bölmələri tərəfindən tam nəzarətə götürülüb.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


