Türkiyə və ərəb mediası Laçından yazdı
İnformasiyalarda Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusunun qazandığı rəşadətli Qələbə nəticəsində imzalanmış üçtərəfli Bəyanatla təcavüzkar Ermənistanın İkinci Qarabağ savaşındakı biabırçı məğlubiyyəti və işğalçı dövlətin kapitulyasiya aktı imzalamaqla üzərinə götürdüyü öhdəliklər xatırlanır. Diqqətə çatdırılır ki, Azərbaycan beynəlxalq hüququn prinsipləri əsasında öz ərazisində suveren hüquqlarını təmin edir.
Eyni zamanda Ərəb KİV-lərində Laçın şəhərində Azərbaycan bayrağının ucaldılması barədə xəbərlər yayımlanıb. Misirin “Əl Əhram”, “Əl Fağr”, “Nəbd”, Birləşmiş Ərəb Əmirliklərinin “Emarat”, Livanın “Əl Nashra” qəzetlərində avqustun 26-da Laçın şəhərində Azərbaycanın Dövlət Bayrağının ucaldılması haqqında materiallar dərc olunub.
Xəbərlərdə diqqətə çatdırılıb ki, Prezident İlham Əliyev avqustun 26-da Azərbaycan Ordusunun Laçın şəhərinə yerləşməsi, Zabux və Sus kəndlərinin nəzarətə götürülməsi barədə paylaşım edib. Dövlət başçısı bu münasibətlə bütün laçınlıları və Azərbaycan xalqını təbrik edib.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


