Makron: “Fransa hökumətdən asılı olmayaraq Britaniyanı dost hesab edir”

      Makron:    “Fransa hökumətdən asılı olmayaraq Britaniyanı dost hesab edir”
  26 Avqust 2022    Oxunub:959
Fransa Böyük Britaniyanın rəhbərliyindən və hökumətindən asılı olmayaraq Krallığı dost kimi qəbul edir.
Bunu Fransa prezidenti Emmanuel Makron bildirib. O, Britaniyanın Baş naziri vəzifəsinə namizəd Liz Trassın Fransa prezidentinin “dost, yoxsa düşmən” olması sualına cavab verməkdən imtina etməsinə münasibət bildirib.

“Liderlərinin kimliyindən və səhnədə hansı bəyanatlar verməsindən asılı olmayaraq, Böyük Britaniya dost, güclü və müttəfiq dövlətdir. Birləşmiş Krallıq Fransanın dostudur”, – Makron deyib.

Onun sözlərinə görə, fransızlar və ingilislər dost və ya düşmən olduqlarını ayırd edə bilməsələr, bu, ciddi problem ola bilər.

AzVision.az



Teqlər:



Xəbər lenti