İrəvanın borcları 4 ildə 3,1 milyard dollar artıb

İrəvanın borcları 4 ildə 3,1 milyard dollar artıb
  27 Avqust 2022    Oxunub:917
Ermənistanın dövlət borcu 9,97 milyard dollara çatıb. AzVision.az xəbər verir ki, bu barədə Ermənistanın “Joğovurd” qəzeti məlumat yayıb.
Nəşr yazır ki, təkcə 2021-ci ildə İrəvanın dövlət borcu 1,3 milyard dollar və ya 16 faiz, ümumi daxili məhsul isə cəmi 5,7 faiz artıb.

"Hazırkı hökumətin dövründə (2018-ci ilin aprelindən) borcumuz 3,1 milyard dollar və ya 45,2 faiz artıb. Təkcə bu ilin yanvar-iyul aylarında Ermənistan Respublikasının dövlət borcu 748,36 milyon dollar və ya 8,1 faiz artıb. Bu artım daxili borcların artması hesabına baş verir. Lakin qeyd etmək lazımdır ki, daxili borcların aradan qaldırılması dövlət büdcəsi üçün xarici borcdan daha baha başa gəlir.

Qeyd edək ki, 2021-ci ilin dekabrında Ermənistanın dövlət borcunun 66,9 faizini xarici, 33,1 faizini isə daxili borc təşkil edib", - qəzet yazıb.

Tural Tağıyev
AzVision.az



Teqlər: Ermənistan   Borc  



Xəbər lenti