"Şahidlərin sözlərinə görə, çağırış vərəqələri verilərkən gənclər ondan imtina ediblər ki, nəticədə tərəflər arasında yaranmış mübahisə toqquşmaya çevrilib. Ehtimal olunur ki, polis həmin kişiləri şəhərdə saat 23-dən 5-ə kimi tətbiq olunan komendant saatını pozduqları üçün hərbi çağırış komissarlığına dəvət etməyə çalışıb", - məqalədə yazılıb.
Hadisənin digər təfərrüatları hələlik məlum deyil. Odessanın rəhbəri Sergey Bratçuk da məlum arzuolunmaz insidenti şərh edib. Onun sözlərinə görə, belə hallar kütləvi şəkildə yaşanmır. Odessalılar könüllü olaraq təlimlərə gedir və cəbhəyə getməyə hazırlaşırlar.
- İndi bizdə elə bir vəziyyət yaranıb ki, hətta istəyən hər kəs hərbi hissələrə qoşulmaya bilər, - Bratçuk deyib.
Odessa rəhbəri eyni zamanda onu da təsdiqləyib ki, çağırış vərəqələri küçələrdə, çimərliklərdə belə verilə bilər, qanun bunu qadağan etmir.
Tural Tağıyev
AzVision.az