"Zabuxdan sonra Ermənistandan da Bakıya torpaq verəcəyik" - "Hraparak"
"Bunun ardınca biz Ermənistanın özündən belə bəzi torpaqları təhvil verib gedəcəyik. Xüsusən Noyemberyanın ( Barana-red. ), Tavuş vilayətinin bir hissəsindən də çıxacağıq. Rəsmi mənbələrdən əldə etdiyimiz məlumata görə, bu proses də güc tətbiq edilmədən demarkasiya işləri nəticəsində baş verəcək. Ermənistanın nəzarətində olan Ayqepar, Bağanıs və digər kəndlərin məsələsini də Azərbaycan müəyyən edir və bu ərazinin hələ sovet dövründə ona məxsus olduğunu, problemin aradan qaldırılmasını təkid edir.
Mənbəmizdən sərhədin demarkasiyası nəticəsində Azərbaycandan Ermənistana keçəcək hansısa hissənin olub-olmadığını soruşduq. O, Qara gölün müharibədən sonra nəzarətə götürülən bir hissəsinin və Sotkdakı müəyyən ərazinin Azərbaycan hərbçiləri tərəfindən tərk ediləcəyini iddia edib", - nəşr yazıb.
Tural Tağıyev
AzVision.az
Teqlər: Ermənistan Azərbaycan







Vaxtında, Aydın, Lazımlı!


