Britaniya Kiyevi sualtı PUA-larla təmin edəcək

   Britaniya Kiyevi sualtı PUA-larla təmin edəcək
  27 Avqust 2022    Oxunub:1313
Böyük Britaniya Ukraynaya ölkədən taxıl ixracını təmin etmək üçün xüsusi ləvazimatlar verəcək. Kiyev onların vasitəsilə Qara dənizdəki limanların yaxınlığında olan minaları təmizləyəcək.
AzVision.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın Müdafiə Nazirliyinin şənbə günü yaydığı bəyanatda məlumat verilib.

Qeyd edilir ki, ölkəyə ümumilikdə altı pilotsuz sualtı aparat gətiriləcək. Onlardan üçü Britaniya Silahlı Qüvvələrinin ehtiyatlarından, qalanları isə London tərəfindən əlavə olaraq müdafiə şirkətlərindən alınacaq. Belə qurğular 100 m-ə qədər dərinlikdə işləmək qabiliyyətinə malikdir, sensorlar vasitəsilə minaların yerini tapmağa kömək edir.

Tural Tağıyev
AzVision.az



Teqlər:



Xəbər lenti