Yeni kəşfiyyat məlumatları: Rusiyanın neçə “İskəndər” və “Kalibr”i qalıb?

   Yeni kəşfiyyat məlumatları:    Rusiyanın neçə “İskəndər” və “Kalibr”i qalıb?
  27 Avqust 2022    Oxunub:1106
Hazırda Rusiya Federasiyasında raketlərlə bağlı çətin vəziyyət yaranıb. Moskva ölkədə fevralın 24-dən əvvəl mövcud olmuş qanadlı raketlərin 55%-ni istifadə edib. AzVision.az xəbər verir ki, bunu "RBK"-yə müsahibəsində Ukrayna kəşfiyyatının nümayəndəsi Vadim Skibitski deyib.
Onun sözlərinə görə, isgəndərlərlə bağlı yaranmış vəziyyət ruslar üçün xüsusilə ağır görünür.

Ukrayna nüvəylə vurula bilərmi?: Kəşfiyyatın proqnozu
- Ümumiyyətlə, orada təxminən 20% raket qalıb. Bəlkə də daha az, - Skibitsky qeyd edib. “Kalibr"ə gəlincə, onların sayı da o qədər də çox deyil. Bu baxımdan ruslar yerüstü versiyada olan X-22 və S-300-dən istifadə edirlər. Lakin bu ehtiyatlar da tükənmək üzrədir, - kəşfiyyat rəsmisi fikirlərinə əlavə edib.

Müsahibədə qeyd edilir ki, Kremlin yüksək dəqiqlikli silahları artıq son həddədir. Kəşfiyyat rəsmisi iddia edir ki, bütün normativ sənədlərə görə, Rusiyanın indi 30% ehtiyatı olmalıdır. Bəzi növ raketlər üçün isə bunu demək olar ki, onlar artıq anbarlarda qalmayıblar. Məsələn, elə "İskəndərlər"ə də bunu aid etmək olar.

- Ona görə də ruslar başqa məhvetmə vasitələrindən istifadə edəcəklər. İndi onlar "Qasırğa", "Smerç"dən fəal şəkildə istifadə edirlər. Bunlar isə qısa məsafələrdə, 70-80, maksimum 100 kilometrə qədər atəş açmağa imkan verir. Bu sistemlərlə Nikolaev, Zaporojye vilayəti, Xarkov atəşə tutulur - Skibitski qeyd edib.

“Kinjal"lara gəlincə, Moskvanın əlində onlardan az miqdarda, 30-40 ədəd var idi. Bunlar orduya istifadə üçün ilk verilən nümunələrdir. Bu müasir raketlər kütləvi istehsala getmədilər. Ruslar hipersəs silahlarına sahib olduqlarını göstərməklə Ukraynaya və onun tərəfdaşlarına, xüsusən də ABŞ və Çinə güc nümayiş etdirmək üçün istifadə etdilər.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Rusiya   Raket   Kəşfiyyat   Ukrayna  





Xəbər lenti