Yaponiya Afrika ölkələrinə 30 milyard dollar ayıracaq

Yaponiya Afrika ölkələrinə 30 milyard dollar ayıracaq
  27 Avqust 2022    Oxunub:874
Yaponiya qarşıdakı üç il ərzində Afrika ölkələrinin inkişafına 30 milyard dollar ayıracaq, ilk növbədə insan kapitalına sərmayə qoyacaq.
Bu barədə şənbə günü Yaponiyanın baş naziri Fumio Kişida avqustun 27-28-də Tunisdə keçirilən Afrikanın İnkişafı üzrə Tokio Beynəlxalq Konfransının (TICAD) iştirakçılarına onlayn müraciətində bildirib. Onun sözlərinə görə, Yaponiya Afrikanın inkişafına hərtərəfli yardım edəcək.

Əvvəlcə Kişidanın bu günlərdə konfransda iştirak etmək üçün Tunisə səfər edəcəyi güman edilirdi, lakin son anda baş nazirin koronavirusa yoluxması səbəbindən səfər ləğv edilməli oldu. Əvəzində xarici işlər naziri Yoşimasa Hayaşi Tunisə gedib.

Kişida həmçinin söz verib ki, Yaponiya qarşıdakı üç il ərzində Afrika ölkələrində kənd təsərrüfatı, səhiyyə, təhsil və hüquq kimi sahələrdə ən azı 300 000 mütəxəssisin hazırlanmasına töhfə verəcək.

AzVision.az


Teqlər:



Xəbər lenti