Almaniyada COVID-19-dan ölənlərin sayı arta bilər

Almaniyada COVID-19-dan ölənlərin sayı arta bilər
  27 Avqust 2022    Oxunub:793
Almaniyada koronavirusla bağlı vəziyyət payızda pisləşə bilər.
Bunu Almaniyanın səhiyyə naziri Karl Lauterbax “ Welt am Sonntag” qəzetində dərc olunan müsahibəsində deyib. Onun sözlərinə görə, vətəndaşlar küçədə daha az vaxt keçirməyə başlayan kimi xəstələrlə bağlı statistik rəqəmlər artmağa başlayacaq:

“O zaman şirkətlər və xəstəxanalar kimi kritik infrastrukturlar kadr çatışmazlığı ilə üzləşəcək. Bizi çətin günlər gözləyir”.

Nazir bildirib ki, statistikaya görə, Almaniyada hər gün 100-dən 150-yə qədər koronavirus xəstəsi ölür: “Mən bu rəqəmin arta biləcəyindən narahatam”.


AzVision.az



Teqlər:



Xəbər lenti