İlham Əliyevin tapşırığı ilə Azərbaycan Pakistana yardım göstərəcək

      İlham Əliyevin tapşırığı ilə Azərbaycan Pakistana yardım göstərəcək
  27 Avqust 2022    Oxunub:1173
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Pakistan İslam Respublikasında çoxsaylı insan tələfatı və irimiqyaslı dağıntılara səbəb olmuş şiddətli yağışların və daşqınların nəticələrinin aradan qaldırılması məqsədilə Azərbaycan Hökuməti tərəfindən bu ölkəyə 2 milyon ABŞ dolları məbləğində yardım göstəriləcək.
Bu barədə AzVision.az -a Nazirlər Kabinetinin mətbuat xidmətindən məlumat verilib.

Qeyd edək ki, Pakistanın Baş naziri Şahbaz Şərif bu ölkədə baş verən dağıdıcı daşqınlarla əlaqədar beynəlxalq ictimaiyyətdən yardım istəyib.

AzVision.az


Teqlər:



Xəbər lenti