Xersonun azad edilməsi asan olmayacaq

Xersonun azad edilməsi asan  olmayacaq
  27 Avqust 2022    Oxunub:1046
Xersonun ruslardan azad edilməsi asan məsələ olmayacaq, çünki rəqib müdafiəyə yaxşı hazırlaşıb.
AzVision.az xəbər verir ki, bunu ukraynalı general Dmitri Marçenko deyib.

“Ruslar bizim gələcəyimizi bilirdilər, ona görə də daha müdafiə strategiyasına keçdilər. Tarix və hərbi təcrübə göstərir ki, hücumun uğuru üçün ordu müdafiə olunan düşməndən ən azı 3 dəfə çox qoşuna malik olmalıdır”, - general bildirib.

Ekspert əlavə edib ki, Ukraynanın Rusiya kimi resursları yoxdur.

AzVision.az



Teqlər: Ukrayna   Xerson  



Xəbər lenti