Musson yağışları Pakistanda minlərlə insanın həyatına son qoyub

Musson yağışları Pakistanda minlərlə insanın həyatına son qoyub
  27 Avqust 2022    Oxunub:1044
İyundan bəri Pakistanda musson yağışları mövsümü mindən çox adamın ölümünə səbəb olub.
AzVision.az xəbər verir ki, bu barədə xarici media Pakistan hökumətindəki mənbələrə istinadla məlumat yayıb.

Vəziyyətin ən ağır olduğu Xeybər Paktunxva əyalətində dağ çaylarının daşması onlarla tikilini, o cümlədən 1 lüks oteli yuyub aparıb. Bəzi yaşayış məntəqələrinin əhalisinə çaylar daşmadan evlərini tərk etmək göstərişi verilib.

Rəsmi statistikaya görə, hər 7 pakistanlıdan biri bu musson mövsümündən əziyyət çəkib. Sentyabradək davam edən musson yağışları kənd təsərrüfatı üçün zəruri olsa da, bəzən ciddi fəlakətlə nəticələnir.

AzVision.az



Teqlər: Pakistan   Musson  



Xəbər lenti