Türkiyədə avtobus aşdı - Ölən və yaralananlar var

   Türkiyədə avtobus aşdı -    Ölən və yaralananlar var
  28 Avqust 2022    Oxunub:1363
Türkiyənin Bursa şəhərinin İnegöl rayonunda 47 sərnişini olan tur avtobusu aşıb.
AzVision.az xəbər verir ki, qəza İnegöl mahalının Kocayayla məhəlləsində qeydə alınıb.

İlkin məlumata görə, qəzada 2 nəfər həyatını itirib, çoxlu sayda insan yaralanıb.

Yaralılar İnegöl və Domaniçdəki xəstəxanalara aparılıb.

AzVision.az


Teqlər:



Xəbər lenti