Azərbaycan hərbçiləri “Vostok-2022” təlimlərinə qatılacaqlar

   Azərbaycan hərbçiləri “Vostok-2022” təlimlərinə qatılacaqlar
  29 Avqust 2022    Oxunub:1131
Azərbaycan hərbçiləri Rusiyada keçiriləcək “Vostok-2022” təlimlərini müşahidə edəcəklər.
Bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb. Nazirliyin məlumatına görə, “Vostok-2022” təlimlərində 50 min nəfərdən çox hərbçi iştirak edəcək. Təlimlər 2022-ci il sentyabrın 1-dən 7-dək Şərq Hərbi Dairəsinin yeddi poliqonunda keçiriləcək.

Təlimlərə silahlı qüvvələrdən Şərq Hərbi Dairəsinin hərbi komandanlığı, idarəetmə orqanları və qoşunları, habelə Hava-Dəniz Qüvvələrinin qüvvələrinin bir hissəsi, uzaq mənzilli və hərbi nəqliyyat aviasiyasına cəlb olunacaq.

Bundan əlavə, manevrlərdə KTMT, ŞƏT və digər tərəfdaş dövlətlərin operativ komanda-nəzarət qrupları, hərbi kontingentləri və müşahidəçiləri iştirak edəcək. Bunlar Azərbaycan, Əlcəzair, Ermənistan, Belarus, Hindistan, Qazaxıstan, Qırğızıstan, Çin, Laos, Monqolustan, Nikaraqua, Suriya və Tacikistandır.

“Vostok-2022”də beş mindən çox silah və hərbi texnika, o cümlədən 140 təyyarə, 60 döyüş gəmisi, qayıq və yardımçı gəmilər iştirak edəcək.

AzVision.az




Teqlər:



Xəbər lenti