"Ordumuz və Mossad İranla bağlı ssenarilərə hazır olmalıdır" - Lapid

"Ordumuz və Mossad İranla bağlı ssenarilərə hazır olmalıdır" -   Lapid
  29 Avqust 2022    Oxunub:1095
İsrail Müdafiə Qüvvələri və Mossad-a (xarici kəşfiyyat xidməti - red.) İranla bağlı istənilən ssenariyə hazır olmaq tapşırılıb. AzVision.az xəbər verir ki, bu barədə İsrailin baş naziri Yair Lapid özünün Twitter səhifəsində yazıb.
"Biz İsrailin təhlükəsizliyini qorumaq üçün hərəkətə keçməyə hazır olacağıq. Amerikalılar bunu başa düşür, dünya bunu başa düşür, İsrail cəmiyyəti də bunu bilməlidir", - siyasətçi yazıb.

Baş nazirin sözlərinə görə, 2015-ci ildə İranın nüvə proqramı üzrə razılaşmanın bağlandığı vaxt İsrailin düşdüyü vəziyyətə yol vermək olmaz.

“Netanyahunun Konqresdəki çıxışının bizə vurduğu zərəri hələ də ödəyirik. Nəticədə ABŞ administrasiyası bizimlə dialoqu dayandırdı və İsrailə sazişə dəyişiklik etməyə imkan vermədi”, - Lapid deyib.

Onun sözlərinə görə, İsrailin əsas vəzifəsi ABŞ-la strateji münasibətlərə xələl gətirmədən məlum razılaşmaya qarşı var gücü ilə mübarizə aparmaqdır.

Tural Tağıyev
AzVision.az



Teqlər: İran   İsrail  



Xəbər lenti