Lavrov: Qoşulmama Hərəkatı problemlərin həllində müsbət rol oynayır

      Lavrov:    Qoşulmama Hərəkatı problemlərin həllində müsbət rol oynayır
  29 Avqust 2022    Oxunub:1122
Qoşulmama Hərəkatı beynəlxalq problemlərin həllində müsbət rol oynayır.
Bu fikri Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib. Onun sözlərinə görə, indiki dövrdə çoxqütblü, ədalətli və demokratik dünya düzəninin formalaşmasında Qoşulmama Hərəkatı müsbət potensiala malidir. BMT-də 120 səsə malik Qoşulmama Hərəkatı bu beynəlxalq təşkilatın qərarlarına ciddi təsir göstərə bilir.

Xatırladaq ki, Qoşulmama Hərəkatı heç bir hərbi bloka qoşulmayan 120 dövləti özündə birləşdirir. Azərbaycan Qoşulmama Hərəkatına 2011-ci ildə üzv olub və hazırda təşkilata sədrlik edir.

AzVision.az



Teqlər:



Xəbər lenti