ABŞ-da silahlı şəxs supermarketdə insanlara atəş açdı

   ABŞ-da silahlı şəxs supermarketdə insanlara atəş açdı
  29 Avqust 2022    Oxunub:1397
ABŞ-ın Oreqon ştatında silahlı şəxs supermarketdə insanlara atəş açıb.
AzVision.az xəbər verir ki, hücum nəticəsində üç nəfər, həmçinin silahlı şəxs özü də həyatını itirib. İlkin məlumata görə, atışma əvvəl avtomobillər üçün nəzərdə tutulan dayanacaqda, daha sonra isə supermarketdə davam edib.

İnsident nəticəsində yaralanan şəxslər yaxınlıqdakı xəstəxanalara çatdırılıblar. Onların sayı barədə hələlik məlumat verilmir.

AzVision.az


Teqlər:



Xəbər lenti