Mindən çox insanı öldürən Pakistan daşqınları - FOTOLAR

   Mindən çox insanı öldürən Pakistan daşqınları -    FOTOLAR
  29 Avqust 2022    Oxunub:1162
Son günlər Pakistan ağır faciələrə səbəb olan təbii fəlakətlə mübarizə aparır. Pakistanın Milli Fəlakətlərin İdarə Edilməsi Təşkilatının (NDMA) açıqladığı rəqəmlərə görə, iyun ayından bəri Pakistanda musson daşqınları nəticəsində ölənlərin sayı 1033 nəfərə çatıb.
Bazar günü isə ölkənin bəzi bölgələrində davam edən güclü yağışlar nəticəsində son 24 saat ərzində 119 nəfərin öldüyü açıqlandı.

Pakistanda sel nəhəng oteli yuyub apardı - VİDEO
İqlim dəyişikliyi naziri isə Pakistanın tarixi musson yağışları və daşqınlarının son bir neçə həftə ərzində 30 milyondan çox insana təsir etdiyini deyib.

Pakistan liderləri yardım üçün beynəlxalq ictimaiyyətə müraciət ediblər. Xarici İşlər Nazirliyi bildirib ki, Türkiyə xilasetmə işlərinə kömək etmək üçün xüsusi qrup göndərib.

Baş nazir Şahbaz Şərif isə sel basmış əraziləri ziyarət etdikdən sonra "Fəlakətin miqyası gözləniləndən də böyükdür" dedi.
AzVision.azhazırda dünyanın ən böyük təbii fəlakət zonası sayılan Pakistandan olan fotoları təqdim edir:














Tural Tağıyev
AzVision.az



Teqlər:   Pakistan   Daşqın   Təbii-Fəlakət  



Xəbər lenti