Estoniyada 4,5 min rusiyalı əmlakını itirə bilər

   Estoniyada 4,5 min rusiyalı əmlakını itirə bilər
  29 Avqust 2022    Oxunub:1212
Demək olar ki, 4,5 min Rusiya vətəndaşı Estoniyaya giriş qadağası və Avropa İttifaqının bank sanksiyaları səbəbindən bu ölkədəki əmlakını itirə bilər.
Bu barədə “ERR” milli yayım portalı ölkənin Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
“Rusiya vətəndaşı olan daşınmaz əmlak sahibi sanksiyalara görə Estoniyada borca girərsə, bu, son nəticədə daşınmaz əmlakın itirilməsi anlamına gələ bilər”, - ölkənin Daxili İşlər Nazirliyinin vitse-kansleri Veiko Kommusaar bildirib.

Onun sözlərinə görə, Avropa İttifaqına üzvü olmayan dövlətlərin vətəndaşlarının Estoniyada daşınmaz əmlaka sahiblik imkanları məhdudlaşdırılmalıdır, çünki bu, ölkənin təhlükəsizliyinə birbaşa təhlükə yaradır.

İlkin Nəcəfzadə
AzVision.az



Teqlər:



Xəbər lenti