Konqresmen: “Bayden Əfqanıstanda döyüşən hərbçilərə xəyanət edib”

      Konqresmen:    “Bayden Əfqanıstanda döyüşən hərbçilərə xəyanət edib”
  29 Avqust 2022    Oxunub:1444
Konqresmen Brayan Mast bildirib ki, ABŞ prezidenti Cozef Bayden Əfqanıstandakı hərbi kampaniyalarda iştirak edən ABŞ ordusuna vəhşicəsinə xəyanət edib.
Bu barədə o, Twitter səhifəsində yazıb. Onun fikrincə, Amerika hərbi kontingentinin Əfqanıstandan çıxarılması qərarı bütün hərbi qulluqçular üçün fəlakətli geri çəkilmə, xəyanət idi.

“12 il əvvəl, 2001-ci ildə süqut etməzdən əvvəl Talibanın son qalası olan Qəndəharda ayaqlarımı itirdim. Bir il əvvəl mən Amerika hərbi texnikası ilə eyni yerdən Taliban yürüşünü izləməli oldum”-deyə, o bildirib.


AzVision.az



Teqlər:



Xəbər lenti