Qazaxıstanda konsert zamanı 120 uşaq itkin düşüb

   Qazaxıstanda konsert zamanı    120 uşaq itkin düşüb
  29 Avqust 2022    Oxunub:1188
Qazaxıstanda 15 minə yaxın insanın iştirak etdiyi konsert keçirilib. Tədbir zamanı itkin düşən uşaqlarla bağlı şikayətlər olub.
Bu barədə regional Qazaxıstan Daxili İşlər Nazirliyinin Telegram kanalı məlumat yayıb. Qeyd olunub ki, tədbir zamanı 120 uşaq itkin düşüb.

Bildirilib ki, bütün uşaqlar 15 dəqiqədən 1 saata qədər tapılaraq sağ-salamat valideynlərinə təhvil verilib.

AzVision.az



Teqlər:



Xəbər lenti