Avropanın neft bazarından çıxan Rusiyanı İran əvəz edə bilər
Nəşr qeyd edib ki, söhbət gəmilərdə saxlanılan 93 milyon barel neft və qaz kondensatından, həmçinin İranın quru anbarlarında olan neft ehtiyatlarından gedir.
“JTD Energy Services”in direktoru Con Driskollun sözlərinə görə, yaxın gələcəkdə İrana qarşı sanksiyalar aradan qaldırılarsa, sığorta, nəqliyyat, həmçinin spot və forvard əməliyyatlarının təşkili ilə bağlı məsələlərin həllinə hələ bir həftədən çox vaxt lazım olacaq.
O əlavə edib ki, müəyyən perspektivdə İran neft hasilatını çoxaltmağa və digər ölkələrə satışını artırmağa çalışacaq. Bundan başqa, İran tərəfi Rusiyanın Avropa neft bazarından çıxmasından sonra yaranmış boşluğu doldurmaq planlarından əl çəkməyib.
İlkin Nəcəfzadə
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


